Bank of Baku
Qərarların icrası şöbəsinin eksperti (Lənkəran, Xaçmaz)
Vakansiya haqqında məlumat:
Əsas vəzifə və öhdəliklər
- Şöbəyə daxil olan sənədlərin ilkin ekspertizası
- İcraaatda olan işlərin reyestrinin aparılması, işlərin müvafiq qaydada təhvili
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi
- İcra işləri üzrə bazanın yaradılması/işlənməsi
- İcra məmurları ilə əməkdaşlıq edərək qərarların icra olunmasının təşkili
Seçim meyarları
- Ali təhsil
- Məhkəmə və qərarların icrası sahəsində iş təcrübəsi
- Azərbaycan dili üzrə əla bacarıqlar
- MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
- Sürücülük vəsiqəsi
İş şərtləri
- İş vaxtı: 5 iş günü, 09.00-18.00
- Əsas əmək haqqı + bonus
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Qərarların icrası sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu vəzifə üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.