Prudensial siyasət və metodologiya idarəsi – Böyük analitik (sığorta sahəsi üzrə) | Banco.az

Prudensial siyasət və metodologiya idarəsi – Böyük analitik (sığorta sahəsi üzrə)

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

- Ali təhsil (maliyyə/iqtisadi/riyazi);

- Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;

- Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı;

- Sığorta nəzarətinin normativ-metodoloji bazası üzrə peşəkar səviyyədə bilik;

- Yüksək dərəcədə analitik düşünmə, qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək bacarığı;

- Yüksək səviyyədə kompüter savadı.

İşin təsviri:

- Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanı hazırlayır;

- Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;

- Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər verir;

- Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlanması yönündə istiqamətlər verir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et