Proqramçı | Banco.az
ABB

Proqramçı

Vakansiya haqqında məlumat: 

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Proqramçı vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrası  və poseslərin optimallaşdırılması;                                     
 Yeni proqram təminatının yaradılması, tətbiqi  və mövcud proqram təminatına dəstək göstərilməsi.   

Vakant vəzifə üzrə tələblər:

 İT mühədisliyi və texniki sahədə ali təhsil
 Java proqramlaşdırma dili biliyi;          
 HTML, CSS, JavaScript, jQuery, AJAX  bilikləri;               
 XML, XSD bilikləri;                 
 Web Services  üzrə biliklər;               
 SQL, PL/SQL üzrə biliklər;             
 IBM BPM program təminatı ilə iş təcrübəsi arzu olunandır;             
 IBM BUS program təminatı ilə iş təcrübəsi arzu olunandır;                
 Beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir;
 İT proqramlaşdırma sahəsində 3 ildən 5 ilədək təcrübə (Son kurs tələbələri və universiteti yeni bitirmiş namizədlər daha kiçik vəzifələr üçün müsahibəyə cəlb olunacaqdır).

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində Proqramlaşdırma üzrə biliklərinizin inkişaf etdirilməsi ;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; 
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 avqust  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Proqramçı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az