Problemli maliyyə subyektləri ilə iş sektoru | Banco.az

Problemli maliyyə subyektləri ilə iş sektoru

Vakansiya haqqında məlumat: 

1. Ali təhsil( hüquq üzrə )

2. Maliyyə bank sahəsində ən azı 5 illik iş təcrübəsi, idarəetmə təcrübəsi;

3. Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili və ya başqa bir xarici dil (rus və s.);

4. İntensiv rejimdə və komandada işləmək bacarığı;

5. Analitik düşüncə və ünsiyyət bacarığı;

6. Problemləri həll etmək və intensiv iş rejimində işləmək bacarığı;

Tələblər:

1. Problemli maliyyə subkyektləri ilə işin təşkilini və məhkəmə instansiyalarında Palatanın təmsil edilməsini təmin etmək;

2. Problemli maliyyə subyektlərinə təyin olunmuş ləğvedicinin, ləğvetmə komissiyasının və əmlak inzibatçısının qiymətləndirilməsini təmin etmək və öz funksiyalarını lazımınca yerinə yetirməməsi faktı aşkar olunduqda onların başqa şəxs və ya şəxslərlə əvəz edilməsi barədə təkiflər vermək

3. Problemli maliyyə subyektlərinin sağlamlaşdırılması və ləğvetmə prosesində zəruri hüquqi dəstək göstərilməsini təmin etmək;

4. Problemli maliyyə subyektləri ilə iş sahəsində qanunvericilik aktlarına zəruri dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanmasını təmin etmək;

5. Problemli maliyyə subyektləri ilə işin idarə edilməsi üzrə üzrə ölkədaxili və beynəlxalq təlimlərdə və seminarlarda aidiyyəti üzrə iştirak etmək və əməkdaşların iştirakını təmin etmək;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et