Problemli kreditlərlə iş departamentinə mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Problemli kreditlərlə iş departamentinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Problemli kreditlərlə iş departamentinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • İcraatında olan  kredit portfellərinə nəzarəti;
  • Vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsində, onun gedişində kredit təşkilatın borclu ilə məsafədən ünsiyyətin qurulması;
  • Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
  • Borc haqqında poçt bildirişi SMS- və ya electron poçtla məktubların göndərilməsi;
  • Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.                                               

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

Vakant vəzifə üzrə tələblər:

  • Universiteti yeni bitirmiş (Təcrübə tələb olunmur);
  • Təhsil istiqaməti iqtisadiyyat, hüquq və maliyyə istiqaməti;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Rus dilində yaxşı danışıq qabiliyyəti;
  • Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları;
  • Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
  • Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
  • Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları;

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 30 avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Problemli kreditlərlə iş departamentinə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç