Problemli Kreditlər departamentinə Təcrübəçi
“ABB” ASC Problemli Kreditlər departamentinə Təcrübəçi vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
İcraatında olan kredit portfellərinə nəzarət;
Vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsində, onun gedişində kredit təşkilatın borclu ilə məsafədən ünsiyyətin qurulması;
Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
Borc haqqında poçt bildirişi SMS- və ya electron poçtla məktubların göndərilməsi;
Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Universiteti yeni bitirmiş və ya magistr pilləsində oxuyan namizədlərə üstünlük verilir (Təcrübə tələb olunmur);
Təhsil istiqaməti iqtisadiyyat, hüquq və ya maliyyə;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Rus və ya İnqilis dilində yaxşı danışıq qabiliyyəti;
Yüksək dərəcədə ünsiyyət və münasibət qurma bacarıqları;
Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri;
Gərgin situasiyalarda emosiyalara idarəetmə bacarıqları;
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində Problemli Kreditlərin idarəedilməsi sahəsində biliklərinizin inkişaf etdirilməsi;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Problemli Kreditlər sahəsində peşəkarlardan işin öyrənilməsi;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Problemli Kreditlər üzrə təcrübəçi)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az