Plastik kartlarla iş şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Plastik kartlarla iş şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Bankın Hesablaşmalar İdarəsinin Plastik kartlarla iş şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat , maliyyə və bank işi sahəsində ali magistr təhsili ( yüksək reytinqli xarici universitet bitirənlərə üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq; 
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ( excell proqramı üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək);

İŞİN TƏSVİRİ:

• Balans və müxabirləşmələrin aparılması qaydaları üzrə anlayışın olması;
• “MasterCard Connect “ və “VisaOnline” elektron şəbəkəsində gündəlik əməliyyatların icrası, monitorinq və s.
• Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq və hesabatların icrası;
• Daxili hesabatların hazırlanması;

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri :

E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et