Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi | Banco.az
Yelo Bank

Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Pərakəndə bank məhsullarının satışını həyata keçirmək;
  • Potensial dövlət,özəl müəssisələrin əməkdaşları ilə görüş,təqdimatlar keçirmək və birbaşa satış prosesini həyata keçirmək;
  • Pərakəndə bazarı araşdırmaq,rəqib banklar,yeni məhsullar haqqında məlumatın toplanması və uyğun yeni təkliflərin verilməsi;
  • Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarının potensial müəssisə və müştərilər arasında təbliğatını təmin etmək;
  • Mövcud məhsul və xidmət şərtlərininin bazara uyğunluğunu ölçmək,müştərilərlə sorğunun keçirilməsi və tələbata uyğun olaraq yeni kampaniyaların keçirilməsi ilə bağlı təkliflər vermək;
  • Cəlb edilmiş müştərilərin filiallarda uyğun bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;

Tələblər:

  • Yaş həddi: 19 -25
  • Ali təhsil (Marketinq,İqtisadiyyat,Menecment);
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dillərini bilənlərə üstünlük verilir;
  • MS Office məhsulları üzrə bilik;
  • Bank sektorunda kariyera qurmağa həvəsli;
  • Satış taktikalarına bələd olmalı,yaradıcı və operativ olmalı;
  • Yüksək analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmək bacarığı olmalı;
  • Yüksək etibarlı,təmkinli,etik olmalı;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Pərakəndə Biznes Departamentinin Birbaşa satış bölməsinin kiçik mütəxəssisi) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.