Yelo Bank
Partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis
Öhdəliklər:
- Bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması
- Cəlb edilmiş partnyorlarla əməkdaşlığı gücləndirmək
- Bankın məhsul və xidmətlərinin partnyorlar arasında təbliğatını təmin etmək
- Potensial dövlət, özəl müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatların keçirilməsi
- Partnyorların ehtiyaclarını müəyyən etmək və müvafiq məhsul / xidmətlər təklif etmək
- Rəhbərliyə hesabatlar təqdim etmək
Tələblər:
- Ali təhsil
- Azərbaycan, rus dillərini mükəmməl bilməli. Ingilis dilini bilmək arzu olunandır
- MS Excell və MS Word işləmək bacarığı
- Yüksək ünsiyyət və müzakirə bacarığı
- Təqdimat bacarığı
- Bank və sığorta sahələrində (satış üzrə) çalışmış əməkdaşlara üstünlük verilir
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.