Ödəniş və informasiya terminallarına texniki xidmət şöbəsinin Mütəxəssisi | Banco.az
Unibank

Ödəniş və informasiya terminallarına texniki xidmət şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank
Vəzifə : Ödəniş və informasiya terminallarına texniki xidmət şöbəsinin Mütəxəssisi
Müqavilə şərtləri: Daimi
 
 Bank haqqında
 
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Elektronika və mexanikanın (ana plataları, printerlər, monitorlar,kart-riderlər, nağd pul vəsaitlərinin verilmə şəbəkələrinin) təmiri;
• Qeyd edilmiş avadanlıqlarda yaranmış texniki poblemlərin aşkar edilməsi və aradan qaldırılması.

 Namizədin Profili
 
• Ali texniki təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər 
• Ödəniş sistemləri və bankomatların quruluşu və fəaliyyət prinsipləri haqqında biliklər
• Mövcud olan bankomatların iş xüsusiyyətləri haqqında biliklər
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 20.10.2016-cı il tarixinədək [email protected]elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Ödəniş və informasiya terminallarına texniki xidmət şöbəsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et