Ödəniş sistemlərinə nəzarət sektoruna aparıcı analitiki/ böyük analitiki
Namizədə dair tələblər:
• Ali texniki/iqtisadi təhsil;
• Analoji sahə üzrə 2-5 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində əla səviyyədə danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti;
• Analitik düşüncə;
• Normayaradıcılıq bacarığı;
• Komandada işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı, əməliyyat sistemləri (Unix, Windows) üzrə biliklər;
• Ödəniş sistemləri və alətləri üzrə biliklər ;
• Layihələrin idarə edilməsi sahəsində ən azı 2 il tərcübə;
• Bank kartları personalizasiya EMV, PayPass / payWave, NFC standartları və Kriptoqrafiya haqqında biliklər;
• PCİ standartları və elektron ticarət haqqında anlayış;
İşin təsviri:
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılardan analitik məlumatları toplamaq və hesabatlar hazırlamaq;
• Ödəniş sistemlərinin daim təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi üzrə təkliflər hazırlamaq;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemlər üzrə iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi və tənzimlənməsi üçün tədbirlər görmək;
• Ödəniş sistemləri bazarında fəaliyyət göstərən iştirakçıların yerində yoxlanması və nəticələr barədə hesabatlar hazırlamaq;
• Ödəniş sistemlərinin iştirakçıları ilə daimi əsasda görüşlər təşkil etmək, ödəniş sistemlərinin səmərəliliyinin və effektivliyinin artırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərmək;
• Maliyyə bazarlarında fəaliyyət göstərən ödəniş sistemləri üzrə normativ-metodoloji bazanın yaradılmasında iştrak etmək;
• Bazarda yarana biləcək mümkün risklərin qarşısını almaq üçün təkliflər hazırlamaq;
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.