Müştəri Xidməti departamentinin "Korporativ müştərilərə xidmət şöbəsi"nin rəisi | Banco.az
Rabitəbank

Müştəri Xidməti departamentinin "Korporativ müştərilərə xidmət şöbəsi"nin rəisi

Vakansiya haqqında məlumat: 

Müştəri Xidməti departamentinin "Korporativ müştərilərə xidmət şöbəsi"nin rəisi

Əsas vəzifələr

  • Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək; 
  • İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək; 
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;
  • Şöbənin fəaliyyətinə rəhbərlik və nəzarət funksiyalarını həyata keçirmək;  
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.

Tələblər

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməli;
  • Rəhbərlik və idarəetmə bacarığı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Analitik düşüncəyə malik olmalı;
  • Azərbaycan dilini səlis, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Komandada işləmək bacarığı.
  • Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 
  • Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu bölməsinə "Müştəri Xidməti departamentinin "Korporativ müştərilərə xidmət şöbəsi"nin rəisi yazaraq [email protected] e-mail ünvanına göndərə bilər.