Müştəri xidməri | Banco.az
Rabitəbank

Müştəri xidməri

Vakansiya haqqında məlumat: 

Rabitəbank ASC-də “Müştəri xidməri” sahəsində gənc mütəxəssislərin hazırlanması proqramına start verilir.

Gənc mütəxəssislərinin hazırlanması proqramı bankın peşakar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etmək, bankın mütəxəssiləri ilə birlikdə müştərilərə xidmət sahəsində real təcrübəni qazanmaq və gələcəkdə bank sahəsində karyera qurmaq imkanları verir.

Gənc  mütəxəssislərinin hazırlanması proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:

  • Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları 
  • Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
  • Bank məhsulları və onların satış prinsipləri
  • Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması
  • Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri  
  • SWIFT, XÖНKS-la iş prinsipləri
  • AR rezident və qeyri rezidentlərin valyuta əməliyyatlarının rejimi 
  • Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları. Sərəncamlarla iş
  • Mühasibat üçotonun əsasları və s.

Namizədlərə olan tələblər:

  • Ali təhsil  
  • Baza riyazi bilikləri və məntiq 
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
  • İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
  • Səlis danışıq və ozünü ifadə etmə bacarığı
  • Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilərlərə üstünlük verilirr)

Proqramda müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC-dən sertifikat təqdim ediləcəkdir.

Gənc mütəxəssislərin hazırlanması proqramında iştirak etmək istəyən namizədlər [email protected] elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək  CV-lərini göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et