NBC Bank
Mühasib-Nəzarətçi
Vakansiya haqqında məlumat:
İş barədə məlumat
- Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq
- Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq
- Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq.
- Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək
- Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq
- Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq
- Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekunlaşdırmaq.
Namizədə tələblər
- Ali iqtisadi təhsil
- Mühasib nəzarətçi vəzifəsində 3 illik iş təcrübəsinin olması
- MHBS və Bank qanunvericiliyini bilmək
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma
- İnsanlarla ünsiyyət qurma bacarığı.
- Analitik qabiliyyət
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- İş qrafiki: saat 09:00- 17:00
- Həftənin 6günü iş, bir günü isə istirahət
- Ə/h: 550AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Mühasib-Nəzarətçi ” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.