Mətbuat Katibi | Banco.az

Mətbuat Katibi

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

- Ali təhsil (Humanitar/İqtisadiyyat istiqaməti üzrə ali təhsil)

- Analoji sahə üzrə 5 il iş təcrübəsi;

- Makroiqtisadiyyat sahəsində biliklər;

- Ölkənin iqtisadi və maliyyə vəziyyəti və problemləri haqqında məlumatlı olmaq;

- Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər;

- Təqdimat və ünsiyyətqurma bacarığı;

- Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis və rus dili bilikləri;

- Məsuliyyətlilik və vəzifə öhdəliklərin vaxtında icra olunması;

- Ünsiyyətqurma və  komandada işləmək bacarığı;

- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

- İnformasiyanın KİV üçün yararlılığını təhlil edir və yayımlanmasını təmin edir;

- KİV-də Palatanın funksional istiqamətləri üzrə materialların rüblük və illik monitorinqini aparır, analitik informasiyalar hazırlayır;

- İnternet səhifəsinin idarə edilməsinə  nəzarət edir;

- Palata rəhbərliyinin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən  mühüm hadisələr, maliyyə sistemində baş verən yeniliklər  barədə icmalların hazırlanmasına  nəzarət edir, 

- Mətbuat konfransları və brifinqlər təşkil edir

Maraqlanan namizədlər CV-lərini mövzunu qeydetməklə [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et