Məlumat Mərkəzi üzrə kiçik ekspert
Vəzifənin təsviri
Məlumat Mərkəzi üzrə kiçik ekspert banka müraciət edən şəxslərə bank məhsulları haqqında dəqiq və dolğun məlumatların verilməsi, müştəri müraciətlərinin araşdırılması və sorğunun cavablandırılması, müraciət edən şəxslərə ən uyğun bank məhsulunun təklif edilməsi fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir.
Əsas vəzifə və öhdəliklər
- 145 Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması
- Müraciət edən şəxslərə mövcud bank məhsulları üzrə məlumatların verilməsi
- Müştərilərin müraciətlərinin araşdırılması, onların suallarının cavablandırılması və əməliyyatlar üzrə dəstək göstərilməsi
- Müraciət edənlərin tələblərinə və ehtiyaclarına uyğun olaraq onlara bank məhsullarının təklif edilməsi
- Kredit sifarişləri və digər sifarişlər üzrə müştərilərlə əlaqə saxlayıb onların satışa cəlb edilməsi
Seçim meyarları
- Ali təhsil
- Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş şərtləri
- İş yeri: İnzibati Mərkəz
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək üçün: https://bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform