Marketinq və İctimaiyyətlə Əlaqələr (İƏ) üzrə Mütəxəssis | Banco.az

Marketinq və İctimaiyyətlə Əlaqələr (İƏ) üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“PAŞA Sığorta” ASC namizədləri Marketinq və İctimaiyyətlə Əlaqələr (İƏ) üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Reklam (TV, Radio, Outdoor, Indoor, ATL/BTL) brieflərinin hazırlanması, reklam agentlikləri və digər tədarükçülərlə danışıqların aparılması və reklam brieflərinin reallaşdırılması; 
• Marketinq kommunikasiyaları üzrə layihələrinin icrası çərçivəsində təchizatçılarla işlərin aparılması və sifarişlərin vaxtında yerləşdirilməsi və müəyyən olunmuş qrafik çərçivəsində sifarişlərin keyfiyyətli icrası; təchizatçılara olunan ödənişlərə nəzarət edilməsi;
• Brendin strategiyasına uyğun olaraq kommunikasiya kanallarının seçilməsi və məzmunun idarə edilməsi;  
• Korporativ sosial məsuliyyət və sponsorluq layihələrinin idarə edilməsi;
• Bazar göstəricilərinin, müştəri bazasının və rəqiblərin analizi; 
• Bazar araşdırmalarının keçirilməsi; 
• Araşdırma nəticələri üzrə hesabatların və digər analitik materialların hazırlanması; 
• Şirkətin reklam materiallarının hazırlanması və onların keyfiyyətli şəkildə və vaxtında müvafiq komunikasiya kanallarında yerləşdirilməsi;  
• Şirkətin illik marketinq planının hazırlanmasında iştirak və plana uyğun olaraq aksiyaların və layihələrin təşkilatı və keçirilməsi;
• Korporativ saytın yenilənməsi; Sosial şəbəkələrin idatəedilməsinə nəzarət;
• CRM proqramı çərçivəsində VİP/korporativ müştərilərin  Ad günlərinə, Bayramlara və digər tədbirlərə müvafiq hədiyyələrin alınması və müştərilərə çatdırılması;
• Müştərilər üçün promo hədiyyələrin alışının həyata keçirilməsi və onlara nəzarət;
• İnzibati İdarəetmə Departamenti ilə əməkdaşlıq çərçivəsində şirkətin ofis avadanlıqlarının korporativ üsluba uyğun təşkili, avtomobillərin və binanın xarici elemetlərin yenilənməsi.

Tələb olunan bilik və bacarıqlar:

• Marketinq kommunikasiyaları, rəqəmsal marketinq, layihələrin idarə edilməsi və  tədbir təşkilatçılığı üzrə təcrübə;
• İqtisadiyyat, idarəetmə və ya marketinq sahəsində ali təhsil; 
• Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
• Təşəbbüskarlıq, kreativlik; yazılı və şifahi ünsiyyət qurma bacarığı, məsuliyyətlilik;
• İş prossesində innovasiyaları tətbiq etmə bacarığı;
• MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli.

Son müraciət tarixi: 30 Dekabr, 2016.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Şirkət: 
PASHA Sigorta