Marketinq Departamentinin Direktoru | Banco.az
Rabitəbank

Marketinq Departamentinin Direktoru

Vakansiya haqqında məlumat: 

 

Rabitəbank Marketinq Departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir!

 Vəzifə öhdəlikləri:

  • Bankın ümümi strategiyası çərçivəsində Marketinq fəaliyyətinin və siyasətinin müəyyən edilməsini təşkil etmək;
  • Bankın Strateji İnkişaf Planından irəli gələn işlərin həyata keçirilməsini təşkil etmək;
  • Müvafiq şöbələr ilə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
  • Bankın brendinin gücləndirilməsi və imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək;
  • Bankın rəqəmsal marketinq siyasətinin hazırlanması, rəqəmsal marketinq layihələrinin idarə edilməsi:
  • Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
  • Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının təhlilinə əsaslanaraq istehlak tələbatının və rəqib bankların bazar payının proqnozlaşdırılmasını təmin etmək;  
  • Departament tərəfindən müxtəlif növ marketinq araşdırmalarının və təhlillərinin təşkil edilməsivə keçirilməsini təmin etmək;
  • Departament tərəfindən marketinq proqramlarının, reklam və PR kampaniyalarının / aksiyaların, stimullaşdırıcı və digər lotereya aksiyalarının hazırlanmasını, eləcə də bankın məhsul və xidmətlərin imici ilə bağlı təşviqat kampaniyalarının keçirilməsini təmin etmək;
  • Bankın cari və potensial tərəfdaşları ilə biznesin inkişafı və marketinq sahəsində əlaqələrin qurulması, əməkdaşlıq layihələrinin və reklam / PR aksiyalarının hazırlanması və tətbiqini təmin etmək;
  • Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacının müəyyən etmək;
  • Bankın filial şəbəkəsində vahid korporativ standartların tədbiqi və inkişaf etdirilməsini təşkil etmək;
  • Departament tərəfindən Bankın informasiya siyasətinin müəyyən edilməsini, məlumat-mətbuat xidmətinin həyata keçirilməsini, Bankın fəaliyyətinin müxtəlif vasitələrlə KİV-lərdə işıqlandırılmasını təşkil etmək;
  • Bankın tərəfindən korporativ tədbirlərin və təqdimatların, eləcə də Bankın iştirakı / aidiyyatı olan digər biznes və sosial xarakterli tədbirlərin hazırlanmasıın və keçirilməsinin təşkil edilməsində iştirak etmək;
  • İllik Marketinq büdcəsinin hazırlanması,  təsdiq edilməsi və maliyyə vəsaitin idarə edilməsinə dair təkliflər verilməsi, həmçin büdcəyə əsasən bankın illik reklam planının hazırlanması və icrasının təmin edilməsi;
  • Daim Bankın imicini və mənafeyini qorumaq;
  • Bankın ümumi strateji planı çərçivəsində marketinq strategiyası və bu strategiyanın əməliyyat planları təsdiq olunduqdan sonra, bu planların icrasından irəli gələn fəaliyyəti həyata keçirilməsini təşkil etmək;
  • Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək ("workshop"ları, təlimləri və müvafiq görüşləri təşkil etmək və s.);

 Vəzifə üzrə tələblər:

  • İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsilin olması;
  • Marketinq sahəsində ən az 5 – il iş təcrübəsinin olması;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis ;
  • Komandada və fərdi işləmək qabiliyyətinin olması;
  • Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq;

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et