Marketinq Departamentində Mütəxəssis | Banco.az
Rabitəbank

Marketinq Departamentində Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC-nin Marketinq Departamentində Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

 Bankın rəsmi saytı (www.rabitabank.com) və 133.az (www.133.az) saytlarına yeni
məlumatların daxil edilməsi və nəzarətin aparılması;
 Məhsul və kampaniyaların təbliğat və təşviqat proseslərinin icra edilməsi;
 Üçüncü tərəflərdən hesabatların alınması, ödənişlərin edilməsi və ümumi işə nəzarətin
aparılması;
 Aidiyyatı departamentlərlə müştərək işlərin aparılması (mühasibatlıq, satınalma, İR və s.);
 Media partnyorları, bilbordlar, açıq məkanda reklama dair icazə, sponsorluq və s. məsələlər
üzrə bütün sənədləşmə işlərinin aparılması və ödənişlərin edilməsi;
 Bankın filialları ilə mütəmadi əlaqələrin qurulması və marketinq departamentinə gələn
sorğuların qəbul olunması və icra edilməsi;
 Bankın rəqəmsal satışının stimullaşdırılması üçün bankdan kənar üçüncü tərəf şirkətlərlə
əməkdaşlığa nəzarət;
 Bankın sosial media reklamlarının icra edilməsi ilə bağlı dəstəyin göstərilməsi.


Vəzifəyə olan tələblər:

 Ali təhsil;
 Üçüncü tərəflərlə (şəxslər və şirkətlər) işi koordinasiya etmə bacarığı;
 Ms Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
 Komandada və fərdi işləmək qabiliyyəti;
 Məsuliyyətli, işgüzar və yüksək komunnikasiya bacarığına sahib olmaq;
 Rəqəmsal reklamçılıq sahəsində təcrübə arzuediləndir;
 Dil bilikləri: Azərbaycan və İngilis;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq-Mütəxəssis” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et