Maliyyə Nəzarətçisi (Quba) | Banco.az

Maliyyə Nəzarətçisi (Quba)

Vakansiya haqqında məlumat: 
Kateqoriya: Maliyyə
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 5 ildən artıq
İş yeri: Azərbaycan / Quba
Təhsil: Bakalavr
Dillər Səviyyə
Azərbaycan Ana dili
İngilis Əla
İT bilikləri: MS Office
Öhdəliklər:
  • Pul, mal-material və qiymətlilər üzrə idarəetmə sisteminə nəzarətin həyata keçirilməsi;
  • Pul vəsaitləri və onların ekvivalentlərinə nəzarət prosedurlarının inkişaf etdirilməsi;
  • Gündəlik pul mövqeyini müəyyən etmək üçün proseslərin və sistemlərin inkişaf etdirilməsi;
  • Şirkət daxili maliyyə əməliyyatlarının izlənməsi və idarə edilməsi;
  • Pul vəsaitlərinin istifadəsi və mənbələrin proqnozlaşdırılması;
  • Resursları İdarəetmə, qiymətləndirmə və xarici valyuta mövqeyi üzrə istiqamətlərin müəyyən edilməsi yollarının təklifi;
  • Xammal istifadəsi üzərində nəzarət mexanizmlərinin inkişaf etdirilməsi;
  • Ödəniş proseslərinin idarə edilməsi və müvafiq qanunvericiliyin tələblərinə uyğun nəzarət funksiyalarının tətbiqi;
  • Xəzinə əməliyyatlarının aparılması qaydalarının qanunauyğunluğunun təmin edilməsi, uçotunun aparılması və idarə edilməsinə nəzarət.
Namizəddə tələblər:
  • MBA, maliyyə, iqtisadiyyat, statistika və ya digər oxşar sahələrdə təhsil.
  • Maliyyə uçotu, xəzinə, maliyyə nəzarəti sahələrində minimum 5 illik təcrübə;
  • Mühasibat uçotu, xəzinə əməliyyatları, maya dəyərinin uçotu və vergi qanunvericiliyi sahələrində biliyə sahib olmaq;
  • Yüksək analitik, ünsiyyət və təqdimat bacarıqları.

Müraciət üçün Buraya daxil olun

Şirkət: 
Gilan Holdinq

Ən sərfəli krediti almaq üçün müraciət et