Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki | Banco.az

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

- Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə)

- Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;

- Səlis Azərbaycan və ingilis dili bilikləri;

- Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;

- Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;

- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;

- Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)

- Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;

- Yüksək ünsiyyət və təqdimat vərdişləri:

- Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;

- İT resursları və ofis proqramları üzrə yüksək biliklər.

- CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və  Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;

İşin təsviri:

- Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;

- İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;

- Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

- İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;

- Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;

- Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;

- Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et