Kreditlərin Təhlili və Monitorinqi üzrə Mütəxəssis | Banco.az
Caspian Development Bank

Kreditlərin Təhlili və Monitorinqi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Kreditlərin Təhlili və Monitorinqi üzrə Mütəxəssis

İşçinin vəzifələri:

• Müştərinin maliyyə təhlilini həyata keçirir;
• kredit sifarişi üzrə kredit (xətt) müraciətlərini almaq, təqdim edilən məlumatları təhlil etmək və Risklərin İdarə edilməsi və Hüquq departamentləri ilə razılaşdırmaq
• Kredit üzrə müraciətlərə  Müşahidə Şurası, İdarə Heyəti, Kredit Komitəsində baxılmasına dair vahid rəy hazırlamaq və qərarlarının nəticəsinin filiallara çatdırılmasını təmin etmək
• Kredit Komitəsinin qərarlarına dair hesabatları tərtib etmək və verilmiş kreditlər barədə statistika aparmaq
• Verilmiş kreditlərin  hesabatını Mərkəzi Bankın təlimatına uygun olaraq Mərkəzləşmiş Kredit Reyestrinə təqdim etmək
• Verilmiş kreditlər üzrə rüblük monitorinq planlarını hazırlamaq və onların icrası ilə bağlı hesabatı departament direktoruna təqdim etmək
• Kredit portfeli üzrə qəfləti monitorinqlər keçirmək;

Vəzifəyə qəbul üçün tələblər:

• Ali təhsil (ali iqtisadi təhsilin olmasına üstünlük verilir);
• Analitik düşünmə və riyazi təhlil etmə bacarığı, məntiqi biliklər;
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı;
• Problemləri həll etmək bacarığı;
• MS Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq, etibarlı və detallara diqqət etmək qabiliyyəti;
• Azərbaycan dilini – mükəmməl; Rus və İngilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;

Müraciət anketləri mütləq şəkilli olmalıdır. 

Anketlərinizi mövzu hissəsində “Kredit təhlili” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.