Kredit meneceri | Banco.az
AFB Bank

Kredit meneceri

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Filiallar üzrə Kredit meneceri vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhərləri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil
  • Ən az 3 il bank və yaxud qeyri-bank kredit təşkilatında kreditlərin verilməsi  sahəsində iş təcrübəsi
  • Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
  • Maliyyə və kredit analizi bilikləri;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
  • Gərgin iş qrafikində işləmək bacarığı;

İŞİN TƏSVİRİ:

  • Banka yeni müştərilər cəlb etmək, kredit və qeyri-kredit məhsullarının satışını həyata keçirmək;
  • Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
  • Tabeçiliyində olan əməkdaşlardan kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
  • Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
  • Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
  • Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
  • Kredit portfelinin idarə olunması və nəzarət.
  • Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
  • Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kredit meneceri qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et