Rabitəbank
Korporativ Qeyri-kredit Məhsul Meneceri
Vakansiya haqqında məlumat:
Rabitəbank ASC-nin Qeyri-kredit Satış Departamentinə Korporativ Qeyri-kredit Məhsul Meneceri vəzifəsinə işə qəbul elan edilir!
Vəzifə öhdəlikləri:
- Korporativ Qeyri-kredit Məhsulları üzrə kampaniyaların təşkili və həyata keçirilməsinə təkliflər vermək və nəzarət etmək;
- Korporativ Qeyri-kredit Məhsullarının təkmilləşdirilməsi üçün bazar və bankdaxili araşdırmalarını həyata keçirmək;
- Korporativ Qeyri-kredit Məhsulları üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
- Korporativ Qeyri-kredit Məhsulları üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
- Korporativ Qeyri-kredit Məhsulları və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
- Yeni Korporativ Qeyri-kredit Məhsullarının yaradılmasında iştirak etmək;
- Korporativ Qeyri-kredit Məhsulları üzrə yeniliklər barədə filialları məlumatlandırmaq;
- Korporativ Qeyri-kredit Məhsulları üzrə hesabatların hazırlanması;
- Əməliyyat sahəsində çalışan əməkdaşların bilik səviyyəsinin yoxlanılması və artırılması üçün tədbirlər həyata keçirmək;
- Əməliyyat sahəsində yeni işçilərin işə götürülməsində iştirak etmək və rotasiyasını təşkil etmək və Əməliyyat bölməsinə verilən planın hazırlanmasında iştirak etmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
- Bankda korporativ satışlarda ən azı 3 il iş təcrübəsi;
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
- Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
- Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilini bilən şəxslərə üstünlük verilir;
- MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
- Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- İdarəetmə qabiliyyətinə malik olmaq;
- Gərgin iş şəraitində işləmək bacarığına malik olmaq;
- Liderlik qabiliyyətinə malik olmaq;
- Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.