Korporativ Müştərilərə xidmət üzrə Mütəxəssis (əməliyyatçı) | Banco.az
ABB

Korporativ Müştərilərə xidmət üzrə Mütəxəssis (əməliyyatçı)

Vakansiya haqqında məlumat: 

Azərbaycan Beynəlxalq Bankı filiallarda Korporativ Müştərilərə xidmət üzrə Mütəxəssis (əməliyyatçı) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
 Hüquqi şəxslərin hesabları üzrə əməliyyatların aparılması üçün müvafiq tədbirlər həyata keçirmək;
 Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
 Hüquqi şəxslərin respublikadan kənara bank köçürmələrini müvafiq prosedurlara  uyğun olaraq aparmaq;
 Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
 Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək; 
 Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Davranış səriştələri:

 Müştərilərlə nəzakətli ünsiyyət;
 Müştərilərə vaxtında və düzgün xidmətin göstərilməsi;
 Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı (ingilis dili biliyi namizəd üçün əlavə üstünlük sayılır). 
 Ofis proqramlarında sərbəst iş bacarığı;
 Bank sahəsində 1-3 il iş təcrübəsi;
 Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilmək;
 Ünsiyyət qurma bacarığı, işə məsuliyyət.

Əlavə keyfiyyətlər:

 Analitik düşüncə, təhlil və qərarvermə qabiliyyəti; 
 Təzyiq altında çalışa bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini   30 iyun 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərə xidmət üzrə mütəxəssis (əməliyyatçı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et