Korporativ Katiblik şöbəsinə Baş mütəxəssis
“ABB” ASC Təşkilati departamentin Korporativ Katiblik şöbəsinə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Bankın fəaliyyətini tənzimləyən daxili normativ sənədləri hazırlamaq, yenidən baxmaq, yeniləşdirmək;
Daxili normativ sənədlərin hazırlanması üzrə daxili standartları və metodologiyarı hazırlamaq;
Biznes prosesləri sənəd üzərində yazılı formada qeydiyyata almaq;
Mövcud daxili normativ sənədlərin təkmilləşməsi istiqamətində təkliflər vermək.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsilin olması;
MS Office proqramlarında işləmək bacarığı;
Azərbaycan və rus dillərində səlis yazı və danışıq bacarığı, ingilis dili üstünlükdür;
Bank sahəsində təcrübə vacibdir, müvafiq istiqamət üzrə 3-5 illik iş təcrübəsi və ya filialalrda əməliyyat/nəzarət sahəsində təcrübənin olması üstünlük hesab edilir.
Şəxsi keyfiyyətlər:
Problemləri həll etmə bacarığı;
Təqdimat bacarığı;
Yaradıcılıq bacarığı;
Vaxtın idarəedilməsi;
Ünsiyyət bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
• Ümumi və əsas idarəetmə prosesləri ilə yaxından tanışlıq;
• Bank sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
• Sistem quruculuğu istiqamətində yeni və faydalı təcrübə;
• Normativ yaradıcılıq və yazı bacarıqlarının inkişafı;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Bankın aparıcı çoxfunksiyalı struktur bölmələrindən olan İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentində bütün təşkilatla yeni və geniş əlaqələr, zəngin təcrübə, fərdi inkişaf və növbəti karyera irəliləyişləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 avqust 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Korporativ Katiblik şöbəsinə Baş mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az