Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi | Banco.az
ABB

Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi (aparıcı mütəxəssisi, baş mütəxəssisi) vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə öhdəlikləri:

  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.)layihələrinin hazırlanması işində iştirak etmək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənəd layihələrinin metodoloji təhlilini aparmaq;
  • Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normayaradıcı sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil (hüquq, iqtisadiyyat və ya maliyyəistiqamətləri);
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı vəAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bank-maliyyə sahəsini tənzimləyənnormativ xarakterli aktları ilə tanışlıq;
  • Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanışlıq;
  • MS Word, MS Excel, MS PowerPointproqramlarındayaxşı işləmək bacarığı;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcəkdir);
  • Bank sahəsində ən azı 1 il iş təcrübəsi (əməliyyat, əməliyyatlara nəzarət və ya  proseslərin idarəedilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir).

Əsas bacarıqlar:

  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Təqdimat bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kollektivlə aktiv işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Vaxtın idarəedilməsi.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Adekvat əmək haqqı.

 

Göstəriləntələblərə cavab verən Bank əməkdaşları öz rəhbərlərini məktubun CC hissəsində qeyd etməklə, CV-lərini 20.07.2019-cu il tarixinədək c[email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi (aparıcı mütəxəssisi, baş mütəxəssisi) şəklində göstərilməsi xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et