Kiçik və orta biznes kreditlərinin təhlili üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
“ABB” ASC Kiçik və orta biznes kreditlərinin təhlili üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (Loan underwriter) vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
- Korporativ müştərilərin maliyyə hesabatlarının və biznes fəaliyyətinin təhlilini aparmaq;
- Müştərilərin ödəmə qabiliyyətini qiymətləndirmək və kredit reytinqlərinin hesablanması;
- Müştərilərin maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək və proqnozlar hazırlamaq;
- Müştərinin sifarişinin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
- Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Sahə üzrə minimum 3 il iş stajı;
- Ali təhsil;
- Analitik düşünmə qabiliyyəti;
- Hesabatlarla və statistik məlumatlarla işləmə bacarığı;
- Ünsiyyət və komandada işləmək bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kiçik və orta biznes kreditlərinin təhlili üzrə aparıcı mütəxəssis/baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az