Kassir | Banco.az
AFB Bank

Kassir

Vakansiya haqqında məlumat: 

AFB Bank “Qəbələ” Filialı üzrə Kassir vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Kassir

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Qəbələ şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
• Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
• Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti. 

İŞİN TƏSVİRİ:

• Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qəbələ filialı üzrə Kassir” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.


 

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç