Bank of Baku
Kassa üzrə kiçik ekspert
Vakansiya haqqında məlumat:
Əsas vəzifə və öhdəliklər
- Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
- Mədaxil və məxaric sənədlərinin yoxlanılması
- Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
- Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi
Seçim meyarları
- Ali iqtisadi təhsil
- Əla Azərbaycan dili bilikləri (Rus dili arzuolunandır)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq
İş şərtləri
- İş yeri: Bakı filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
- Əmək haqqı: 400 AZN (net)
Seçim prosesi
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək üçün: https://bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform