"Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi | Banco.az
Rabitəbank

"Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

Kart Biznesi departamentinin "Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi 

Əsas vəzifələri:

  • Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması; 
  • Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
  • Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək; 
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;
  • Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək; 
  • Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət. 

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Strateji düşünmə və davranma qabiliyyəti;
  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.  Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır "Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi".