"Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi
Kart Biznesi departamentinin "Kart məhsulları və xidmətlərin inkişafı" şöbəsinin rəisi
Əsas vəzifələri:
Kart məhsullarının, xidmətlərinin inkişafı və satış prosesinin optimallaşdırılması;
Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası və satışı üzrə planların hazırlanması və onların yerinə yetirilməsini təmin etmək;
Kart məhsulları və nağdsız hesablaşmalar üzrə daxili və xarici bazarı təhlil etmək;
Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kompleks məhsullar hazırlamaq və təqdim etmək;
Şöbənin fəaliyyətinə dair metodologiyanın hazırlanmasını və tətbiqini təmin etmək;
Bankın Müştəri xidməti strukturları tərəfindən edilən satışlara dəstək və nəzarət.
Namizədə olan tələblər:
Ali təhsil
Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
İdarəetmə və liderlik qabiliyyəti;
Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
Strateji düşünmə və davranma qabiliyyəti;
Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
Komandada işləmək bacarığı;
Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail : career@rabitabank.com
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33