İT layihələr üzrə menecer köməkçisi | Banco.az

İT layihələr üzrə menecer köməkçisi

Vakansiya haqqında məlumat: 

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı
İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: İT layihələr üzrə menecer köməkçisi

Tabedir: İT layihələr üzrə menecerə 
Vəzifəyə dair əsas tələblər:

• Ali təhsil (tətbiqi riyaziyyat, informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində
• Biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.

İşin təsviri:

• İT layihələrin təhlili,  işlənib hazırlanması, proqram təminatına dair tələblərinin müəyyən edilməsi, sənədləşdirilməsi;
• Məhsulun hazırlanması üçün əvvəlcədən hazırlanmış sənədlər əsasında biznes proseslərinin proqramçılara izah edilməsi və məhsulun tələblərə uyğun hazırlanmasının yoxlanılması
• İnformasiya sistemlərinə dair prosedurların hazırlanmasında iştirak, proseslərin xəritəsinin hazırlanması, çatışmazlıqların təhlili, təhlil nəticəsində tələblərin müəyyənləşdirilməsi; 
• Hesabatların, statistik məlumatların hazırlanması, verilənlərin analizi
• Biznes proseslərin avtomatlaşdırılmasının təhlili, modelləşdirilməsi
• Daxil olan sorğuların, məktubların təhlili və cavablandırılması; 
• Və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 26.10.2016-cı il tarixinədək[email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) 
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır

Şirkət: 
İcbari Sığorta Bürosu

Ən sərfəli krediti almaq üçün müraciət et