AccessBank
IT Biznes Analitik (Kredit istiqaməti)
Vakansiya haqqında məlumat:
Öhdəliklər:
- Bankın Kredit sahəsi üzrə (bütün növ kreditlər (mikro, riteyl, SME ve s), ticarət maliyyələşməsi) sistemə aid tələblərin formalaşmasında biznes departamenti ilə birlikdə iştirak və nəzarət;
- Biznes proseslərinin və alqoritmlərin rəsmiləşdirilməsi;
- Sistemə aid funksional və texniki tələblərinin yazılması, programçılar üçün hədəflərin qoyulması;
- Programçılar komandası və biznes komandası arasında koordinasiya və informasiya dəstəyi;
- Sistem təminatının testləşdirilməsi və qəbul;
- Sistemin biznes departamenti tərəfindən qəbil edilməsi və istifadəçilərin təlimi prosesinin və məsləhətləşmənin təşkili;
- Sistem təminatı üzrə təlimatın hazırlanması;
- İcra prosesinin monitorinqi vəzifələri.
Tələblər:
- Bank/maliyyə sektorunda təcrübə olması;
- İT sistemlərinin layihələrinin icrası təcrübəsi (Online service sistemləri üzrə üstünlük verilir)
- İngilis dilinin yaxşı bilik səviyyəsi
- Azərbaycan və ya rus dilinin yaxşı səviyyədə biliyi;
- Ali təhsil (üstünlük iqtisadiyyat / riyaziyyat və ya texniki);
- MS-Office (Word, Excel, PowerPoint, Visio) proqramları biliyi
- Analitik bacarıqların mövcudluğu;
- Bütün növ detallara diqqət;
- Yeni texnologiyaları öyrənmək və sınamaq hə və si;
- Məsuliyyət, gündəlik iş aparmaq qabiliyyəti
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.