İstehlak kreditləşməsi üzrə Kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis
İstehlak kreditləşməsi üzrə Kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Bakı/Gəncə/Bərdə/Lənkəran)
Öhdəliklər:
· Kredit sifarişlərinin qəbul edilməsi və təhlili
· Fiziki şəxslərin cəlb edilməsi və çarpaz satışın təşkili
· Müştərilərin kredit məhsullarına dair məlumatlandırılması
· Kredit sənədlərinin tərtibi
· Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
Tələblər:
· Ali təhsil
· Azərbaycan dilini əla,Rus dilinin yaxşı səviyyədə olması arzuolunandır;
· MS Office məhsulları üzrə bilik;
· Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
· Analitik düşünmə və yüksək riyazi təhlil qabiliyyəti
Qeyd :
Kiçik mütəxəssis vəzifəsi üçün iş təcrübəsinə tələb yoxdur.
Ali məktəbi yeni bitirənlərə üstünlük verilir.
Yaş həddi – 25 yaşadək.
Mütəxəssis vəzifəsi üçün iş təcrübəsi 1 ildən artıq.
Yaş həddi – 28 yaşadək.
Aparıcı mütəxəssis vəzifəsi üçün iş təcrübəsi 3 ildən artıq.
Yaş həddi – 30 yaşadək.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (İstehlak kreditləşməsi üzrə Kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.