İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis | Banco.az
Beynəlxalq Bank

İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Təminat departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Bankın strukturlarından daxil olan sorğuların icra olunması;
  • Dövlət orqanlarına sənədlərlə bağlı müraciətin edilməsi;
  • Məktubların və ərizələrin yazılması;
  • Banka məxsus və ya bankın istifadəsində olan binaların sənədləşmə işinin aparılması

​​

Vakant vəzifə üzrə tələblər:

  • Alitəhsil(hüquqi və ya iqtisadi);
  • Minimum 3 ilsənədləşmə üzrə iş təcrübəsi;
  • Ofis proqramlarında sərbəst iş bacarığı;

Analoji sahə üzrə bank təcrübəsi olanlara üstünlük veriləcək

 

Davranış səriştələri:

  • Ünsiyyət bacarığı;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Komandada işləmək bacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 İyul 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təminat departamenti İnzibati binalara xidmət şöbəsinə sənədləşmə üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç