AFB Bank
İnsan Resursları Strukturuna baş mütəxəssis
Vakansiya haqqında məlumat:
AFB Bank İnsan Resursları Strukturuna baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- AR Əmək qanunvericiliyi biliyi;
- İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
- İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
- Elektron Hökumət Portalı, 1 C proqramı ilə işləmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan, Rus və ingilis dili bilikləri;
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
- Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Şirkət üzrə işə qəbul prosesinin həyata keçirilməsi (işçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi,işəqəbulun həyata keçirilməsi, yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili);
- Vakansiyaların elektron bazasının formalaşdırılması və tənzimlənməsi və şirkətəaiddaxili ümumi və vahid naməzədlər bazasının yaradılması və yenilənməsi.
- Bankın struktur bölmələri üzrə işçi sayının planlanması işinin təşkili;
- HR büdcəsinin hazırlanmasında iştirak;
- Bankda Təlim üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi (Şirkətdaxili və xarici təlimlərin təşkili və monitorinqi, Bankın daxili təlimçilər komandasının formalaşdırılması və sistemli olaraq daxili təlimlərin həyata keçirilməsi işinin təşkili);
- İşəgötürən Brendinin gücləndirilməsində köməyin göstərilməsi.
- İnsan Resursları sahəsinə aid Siyasət və prosedurların hazırlanmasında yaxından iştirak.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resursları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.