İnkişaf şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis | Banco.az
Beynəlxalq Bank

İnkişaf şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Pərakəndə Biznes Departamenin İnkişaf şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Korporativ görüşlərin təşkil olunması;
  • Korporativ təqdimatların həyata keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təbliğatının keçirilməsi;
  • Mövcud müştəri bazasının təhlili və keyfiyyətinin artırılması;
  • Əlavə satış mexanizmlərinin tətbiqi üzrə pilot layihələrin icrası;
  • Müştəri məlumatlarının mütəmadi yenilənməsi üzrə dövlət qurumları ilə məlumat mübadiləsinin təşkili.

 

Vakant vəzifə üzrə tələblər:

  • Alitəhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi)
  • Bank sahəsi üzrə 1 ildən artıq iş təcrübəsi;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.

 

Davranış səriştələri:

  • Yüksək səviyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Detallara diqqət.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 İyul 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “PBD İnkişaf şöbəsinə mütəxəssis /aparıcı mütəxəssis/baş mütəxəssis)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç