İnformasiya texnologiyaları idarəsinin aparıcı mütəxəssis (Sistem inzibatçısı) | Banco.az

İnformasiya texnologiyaları idarəsinin aparıcı mütəxəssis (Sistem inzibatçısı)

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

•  Ali təhsil (İnformasiya texnologiyaları üzrə);

• Müasir proqram və texniki platformalar, həmçinin informasiya təhlükəsizliyi üzrə biliklər;

• Proqram təminatlarının istismarı və lokal kompüter şəbəkəsinin idarə edilməsi üzrə praktiki biliklər;

• Məlumat bazalarının idarəetmə sistemləri, müasir ofis proqram təminatları və əməliyyat sistemləri və sistem inzibatçılığı üzrə biliklər;

• İT üzrə 3-5 il iş təcrübəsi;

• Səlis Azərbaycan, orta səviyyədə ingilis və rus dili bilikləri;

• Texniki məsələləri gündəlik danışıq dilində izah etmək, analitik düşüncə və ünsiyyətqurma bacarığı.

İşin təsviri:

• Palatanın şəbəkə serverlərinin və əməliyyat sistemlərinin etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyətinin həyata keçirilməsini təşkil edir;

• Proqram təminatlarının və texniki avadanlıqların test yoxlamasında iştirak edir;

• Proqram təminatlarının istismarı ilə bağlı texniki sənədləri tərtib edir;

• İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et