Vakansiya haqqında məlumat:
Hüquqşünas
Vəzifəyə olan tələblər
- Ali hüquqi təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Bank Qanunvericiliyi bilgiləri,
- Azərbaycan Respublikasının Qanunları və Qanunvericilik aktları barədə bilgilər;
- Kompüter proqramlarında işləmə bacarığı
- Azərbaycan və rus dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı
Əsas vəzifələr
- Hüquqi xarakterli sənədlərin hazırlanması;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Kredit təşkilatının məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
- Kredit təşkilatına daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
CV-ləri hüquqşünas mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur
Şirkət:
Parabokt