Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/ böyük hüquqşünası | Banco.az

Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/ böyük hüquqşünası

Vakansiya haqqında məlumat: 

Namizədə dair tələblər:

• Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)

• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi

• Azərbaycan və ingilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti

• Analitik düşüncə və hüquq sahəsində təhlil etmə bacarığı

• Norma yaradıcılıq bacarığı

• Komanda ilə işləmək bacarığı

• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi

• Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması

• Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi

• Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması,  o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi

• Palataya daxil olan hüquqi sorğuların cavablandırılması

• Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi

• Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak

• Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması

Maraqlanan namizədlər CV-lərini mövzunu qeydetməklə [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et