Gəncə filialı üçün Regional Hüquq məsləhətçisi | Banco.az

Gəncə filialı üçün Regional Hüquq məsləhətçisi

Vakansiya haqqında məlumat: 

Gəncə filialı üçün Regional Hüquq məsləhətçisi

Əsas vəzifə öhdəlikləri

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
  • Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
  • Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • İcra işləri üzrə İcra məmurları ilə işləmək;
  • Rəsmi yazışmaları təmin etmək;

Namizədə dair tələblər:

  • Hüquq sahəsində ali  təhsilinin olması;
  • Gəncə şəhərində yaşayanlara üstünlük verilir. İş yeri - Gəncə filialıdır;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Kompyuter bilikləri;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan, şəxslərə üstünlük verilir.
  • Əmək haqqı 600-800 AZN.

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!

Şirkət: 
KredAgro CJSC

Ən sərfəli krediti almaq üçün müraciət et