Vakansiya haqqında məlumat:
Gəncə filialı üçün kollektor
Əsas vəzifə öhdəlikləri:
- Mümkün əlaqə vasitələrindən, o cümlədən telefon və ya ünvana getməklə borclu/müştəri və zaminlə əlaqə saxlamaq;
- Borclunun və ya mülkiyyətçinin axtarılmasını və yerinin müəyyən olunması üçün mümkün tədbirləri həyata keçirmək;
- Zəruri olduqda borclunun və işlə əlaqədar digər şəxslərin axtarılmasını həyata keçirmək;
- İşin müvəfəqiyyətli yekunu üçün bütün tədbirləri həyata keçirmək.
- Problemli kredit işi üzrə bütün sənədlərin (kredit,zaminlik,girov, ipoteka və s. müqavilələr, iş və yaşayış yerinə haqqında arayışlar, qəbzlər, və s.) təhlilini aparmaq;
- Filialda kredit risklərinin idarəedilməsi ilə əlaqədar təklif və tövsiyyələrin verilmək;
- Kreditlərin klassifikasiyasının düzgün aparılmasına nəzarət etmək və departament rəhbəri, o cümlədən kredit komitələrini müvafiq məsələ ilə əlaqədar məlumatlandırmaq;
- Həftədə bir dəfə və tələb olunduqda icraatında olan işlər və ya konkret iş üzrə Departament rəhbərinə hesabat verimək.
- Əməliyyat risklərinin minimuma endirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək (yoxlamalar, təkliflər və s)
Namizədə dair tələblər:
- Gəncə şəhərində yaşayanlara üstünlük verilir. İş yeri – Gəncə filialıdır;
- Ali təhsil olması;
- Bank sektorunda azı 1 il iş təcrübəsi;
- Maliyyə hesabatlarını tərtib etmək, onları təhlil etməyi bacarmaq, kredit sifarişini düzgün qiymətləndirmək və tövsiyyələr vermək üçün düzgün qərar qəbul etmək;
- Riyaziyyat, iqdisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
- MS Office proqramında işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!
Şirkət:
KredAgro CJSC