Filiallar ilə kommunikasiya şöbəsinə vakansiya | Banco.az
ABB

Filiallar ilə kommunikasiya şöbəsinə vakansiya

Vakansiya haqqında məlumat: 

Filiallar və törəmə müəssisələrlə iş departamentinin Filiallar ilə kommunikasiya şöbəsinə vakansiya

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Filial və şöbələrdən daxil olan müraciətlərin qəbulu;
  • Filiallarda yaranan texniki problemlərin həll olunmasına dəstək;
  • Filial şəbəkəsinin təchizatına dəstək;
  • Filial əməkdaşlarının rotasiyası, ezam olunması, işəqəbulu işinə dəstək;
  • Bank qərarları və digər sənədləri mərkəzləşdirilmiş qaydada filiallara çatdırmaq;
  • Audit və daxili nəzarət şöbəsinin aşkarladığı məsələlərin icarsına nəzarət;

Davranış səriştələri:

  • Komandada işləmək bacarığı; 
  • Analitik zəka, problemləri həll etmə bacarığı;
  • Vaxtı idarə etmək qabiliyyəti.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsilli;
  • Bankda müvafiq sahə üzrə ən azı 1-3 illik stajı olan namizədlərə üstünlük verilir; 
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır); 
  • Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq.

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  16 oktyabr  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Filiallar ilə kommunikasiya şöbəsi şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et