Filial Müdiri / Masallı | Banco.az
Rabitəbank

Filial Müdiri / Masallı

Namizədlər üçün tələblər: 

Filial  Müdiri /  Masallı

Əsas vəzifələri:

  • Filialın əsasnaməsinə uyğun fəaliyyət göstərməsini təmin etmək
  • Müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş hədəflərin  yerinə yetirilməsini təmin etmək
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını daimi təhlil etmək və yüksək keyfiyyətdə saxlanmasını təmin etmək
  • Filialın Kredit və Əmanət portfelinin dinamikasına və inkişafına  nəzarət etmək  
  • Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımi tədbirləri həyata keçirmək
  • Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək
  • Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, koordinasiya və nəzarət etmək
  • Əməkdaşların qiymətləndirilmə və inkişaf prosesində yaxından iştirak etmək
  • Xidmət göstərdiyi ərazilərdə mütəmadi olaraq maliyyə bazarını araşdırmaq, satış prosesinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək 

Namizədə olan tələblər:

  • Təhsil: Ali (İqtisad, idarəetmə/biznes və ya hüquqi təhsili olanlara üstünlük verilir)
  • İş təcrübəsi: Bank sistemində azı 3-5 il iş stajın olması (kreditləşmə sahəsində ən azı

2  il, idarəetmə sahəsində ən azı 3 il) 

  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilənlərə üstünlük verilir).
  • Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlarını bilməsi
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Yüksək təhliletmə bacarıqlarına malik olması
  • Yüksək ünsiyyət, təqdimetmə və təşkilatçılıq bacarıqlarına malik olması
  • MS Office proqramlarında peşakar işləyə bilmək bacarığına malik olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
  • Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected];  e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et