AFB Bank
Əməliyyatçı
Vakansiya haqqında məlumat:
AFB Bank Filiallar üzrə Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Əməliyyatçı
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədəən az 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
İŞİN TƏSVİRİ:
- Bankın hüquqi və fiziki şəxs müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizəformalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, əməliyyatlar aparmaq və bağlamaq;
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
- Müştəri hesabları üzrə bütün əməliyyatları və sərəncamları icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədəolan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı” qeydi edərək [email protected]elektron ünvanına göndərməyi xahiş edirik.