Ekvayrinq şəbəkəsinin inkişafı üzrə mütəxəssis | Banco.az
Rabitəbank

Ekvayrinq şəbəkəsinin inkişafı üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Əsas vəzifələri:

  • Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka cəlb edilməsi;
  • Yeni bankomatların və pos terminalların quraşdırılması üçün səmərəli yerləri axtarmaq, ehtiyac olduğu təqdirdə, mövcud bankomatların yerlərini dəyişdirmək;
  • Bankomatlar  və pos-terminallar üzrə partnyorlar bazasını aparmaq, dəstəkləmək və genişləndirmək;
  • Bankomatlar, pos-terminallar və embosserin quraşdırılmasını, xidmətini və profilaktik işlərini təmin etmək;
  • Bankomatların inkassasiyasını aparmaq;
  • Zərurət yarandıqda ticarət müəssisələrin, habelə bankın xidmət şəbəkəsinin  işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
  • Bankomat, embosser və pos terminallara aid Beynəlxalq Ödəniş Sistemlərinin yeniliklərinin və tələblərinin daimi izləmək, icra etmək və tətbiqini təmin etmək;

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Problemləri həll etmə bacarığı;
  • Yüksək təqdim etmə, təşkilatçılıq və satış qabiliyyəti;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli və təşəbbüskar olmaq.

Əlavə Məlumat:

  • İş rejimi: həftənin I-V günləri, saat 09.00 – 18.00-dək;  İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı (vergilər daxil olmaqla): 500-750 AZN (namizədin iş təcrübəsindən asılı olaraq)
  • Namizədlə müvəqqəti müqavilə bağlanacaqdır.

​Namizədlər [email protected] elektron ünvanına, e-mail mövzusu hissəsində vəzifənin adını qeyd edərək  CV-lərini göndərə bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et