"Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi/ eksperti | Banco.az
Rabitəbank

"Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi/ eksperti

Vakansiya haqqında məlumat: 

Kart Biznesi departamentinin "Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin baş mütəxəssisi/ eksperti

Əsas vəzifələri:

*       Yeni ticarət müəssisələrini (elektron mağazalar daxil olmaqla) və partnyorlarını cəlb etməklə Bankın ekvayerinq şəbəkəsinin genişləndirilməsi və inkişafı;

*       Bankın ekvayerinq şəbəkəsi üzrə partnyorlar bazasına dəstək və nəzarət;

*       Bankın ekvayerinq şəbəkəsinin inkişafına dair təkliflərin hazırlanması və layihələrin aparılması;

*       Pos terminalların proqramlaşdırılması və texniki dəstəyin həyata keçirilməsi;

*       Zərurət yarandıqda ticarət müəssisələrinə, habelə bankın xidmət şəbəkəsinin işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimlərin keçirilməsi.

Namizədə olan tələblər:

*       Ali təhsil 

*       Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

*       İdarəetmə və liderlik qabiliyyəti;

*       Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

*       Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;

*       Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33