Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri Daxili Audit üzrə baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Daxili audit yoxlamasını “PAŞA Sığorta” ASC-nin Daxili Audit Təlimatına və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
- Risklərin qiymətləndirilməsi əsasında DAX-nin illik planının hazırlanmasında iştirak etmək;
- Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında DAX-nin rəhbərinə məruzə edilməsi;
- Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların biznes proseslərin rəhbərləri ilə razılaşdırılması;
- Bütün DAX yoxlama hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanması;
- DAX tövsiyələrinə cavab olaraq “PAŞA Sığorta” ASC-nin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin statusunun monitorinqi və hesabatının hazırlanması;
- “PAŞA Sığorta” ASC-nin, həmçinin onun struktur bölmələri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsinə nəzarət edilməsi;
- “PAŞA Sığorta” ASC-nin maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi üzrə nəzarət mexanizmlərinin qiymətləndirilməsinin həyata keçirilməsi;
- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləkliyini yoxlanılması;
- Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğunun yoxlanılması;
- Qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;
- Aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;
- Sığorta agentlərinin və brokerlərin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin idarəedilməsində qurulmuş nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
- DAX-nin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
- Maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta sektorunda ən azı 2 il iş təcrübəsi;
- Ali təhsil;
- Yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmaq;
- Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
- Müstəqilliyini qorumaq qabiliyyəti;
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Audit rəyləri hazırlama və yazma bacarığı.
Son müraciət tarixi: 31 dekabr, 2016.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Şirkət:
PASHA Insurance