Böyük mütəxəssis | Banco.az

Böyük mütəxəssis

Vakansiya haqqında məlumat: 

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı
İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: Böyük mütəxəssis

Şöbə: Hüquqi təminat və inzibati işlər şöbəsi

Vəzifəyə dair tələblər:

  • Ali hüquq təhsili
  • Hüquqşünaslıq ixtisası üzrə azı 2 (iki) illik iş stajı 
  • Azərbaycan, Rus, İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının  Mülki-Prosessual Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarını bilməli;
  • Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
  • Komandada işləmək bacarığı və təzyiq şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı.

İşin təsviri:

  • Qanunların və digər normativ-hüquqi aktların, normativ xarakterli aktların, o cümlədən onlara edilmiş əlavə və dəyişikliklərin sistemləşdirilməsi;
  • Sənədlərin hüquqi ekspertizasının aparılması;
  • Büronun məhkəmədə və hüquqi məsələlərlə bağlı digər təşkilatlarda təmsil edilməsi;
  • hüquqi sənədlərin qanunun tələblərinə uyğun tərtib edilməsinə və tamlığına nəzarət;
  • Büroya daxil olmuş qanun və qərar layihələrinin öyrənilməsi və bu layihələrlə əlaqədar rəy və təkliflər hazırlanması;
  • Daxil olan sorğuların, məktubların təhlili və cavablandırılması;
  • cari qanunvericilik haqqında məsləhətlər və başqa hüquqi məsələlərə rəy verilməsi;
  • İcbari sığorta növləri üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, icbari sığorta sahəsində münasibətləri tənzimləyən normativ aktların və metodik tövsiyələrin layihələrinin hazırlanması;
  • müşavirə, seminar və digər tədbirlərin protokollarının aparılması;
  • işçilərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlərin icrası;
  • Büroda kargüzarlıq işinin aparılmasında iştirak;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 06.10.2016-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq) 
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır

Şirkət: 
İcbari Sığorta Bürosu

Ən sərfəli krediti almaq üçün müraciət et